“Yeni Müsavat” qəzetinin redaktoru, dəyərli jurnalist Elşad Məmmədlinin 43 yaşı oldu. Elşad şövqlə
“əzizim” dediyimiz həmkarlarımızdandır. Hamı kimi olmağın daha asan yaşam tərzinə çevrildiyi zamanda Elşad özü olmağı ilə xüsusi seçilir.
Yazısı, pozusu, davranışı, hadisələrə münasibəti, dostlarına qayğısı, bəli, vətəninə, bəli, cəmiyyətinə, bəli, xalqına olan sevgisi Elşad Məmmədlinin özəlliyinin gözəlliyidir.
Yaşa, yarat və sev! Belə olanda adamın əməyi gül-çiçək açır. Əməllərin niyyətin qədər firavanlıq mahiyyətlidir, belə də qalsın, yox, belə də davam etsin.
Yolundakı daşlar əriyib suya dönsün. Əminik, həmin su sənin bütün varlığına və yaradıcılığına hopmaqla yanaşı, həm də könüllərə sərinlik gətirər.
Yaşa! Sağlam, azad, rahat yaşa, bütün həmkarlarının sevimlisi, Elşad Məmmədli!
Mediaekspert.az